Azərbaycan kikboksçusu Ümid Bağırov beynəlxalq turnirdə mükafat qazanıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, idmançımız Gürcüstanın Qardabani şəhərində keçirilmiş yarışda kikboksinqin K1 versiyası üzrə gümüş medala sahib olub.
Turnirdə Türkiyə, Gürcüstan, Ermənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya, Ukrayna, Moldova, Belarus, İran, Bolqarıstan və Rumıniya idmançıları da mübarizə aparıblar.