Üzünün və bədəninin bir hissəsi yanan Fərhadın köməyinizə ehtiyacı var

Ağır yanıq xəsarətləri alan 11 yaşlı Fərhadın dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Səfiyyə Rəsulova məlumat verib.

O bildirib ki, övladı fevralın 28-də yanıq xəsarəti alıb:

“Biz Qaxda yaşayırıq. Fərhad fevralın 28-də evdə qaçarkən qaynar qazanı üzərinə aşırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım burada əməliyyat olundu. Sonra sizin saytınızın köməyi ilə Fərhadın müalicəsini davam etdirdik. Artıq evimizə qayıtmışıq. Amma yenə dəstəyə ehtiyacımız var”.

Ana yardımsevər şəxslərdən kömək istəyib:

“Hazırda müalicələrini davam etdirmək üçün 600 manata ehtiyacımız var. İnanın, bəzən Fərhada verməyə yemək, çörək belə tapmıram. Vəziyyətimiz çox çətindir. Çıxılmaz vəziyyətdə qalmışıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik”.

Ailə ilə əlaqə: (055) 952-56-53.

Kart nömrəsi: 4169 7388 4513 1865.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More