Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda hərbi jurnalist Fərdin İsazadə İsrail-Suriya münasibətlərindən danışıb.
O, İsrailin Suriyadakı əsas marağını açıqlayıb:
“İsrail coğrafi mövqeyi və iqliminə görə içməli su qıtlığı yaşayır. Ölkə içməli suyun 70 faizini dənizlərdən – duzlu suyun emalı nəticəsində alır. Kənd təsərrüfatında isə tullantı sularından istifadə olunur. Dünyada tullantı sularının emalına görə İsrail birinci yerdədir. Məhz bu səbəbdən İsrail Ordusunun Suriya ərazisində irəliləməsi, eyni zamanda, su hövzələri ilə bağlıdır”.
İsrailin Baş naziri Benyamin Netanyahunun Hermon dağında bəyanat verməsinin səbəbləri haqqında danışan jurnalist bu ərazinin strateji əhəmiyyətinin vacibliyini qeyd edib.
“İsrail əgər bu ərazidə radar yerləşdirərsə, Hermon dağından bütün bölgə – Kipr, Türkiyə, İraqın bir hissəsi, İordaniya və bölgədə hərəkət edən suüstü nəqliyyat vasitələri tam olaraq İsrail Ordusunun nəzarəti altında olacaq”, – deyə F.İsazadə vurğulayıb.
Ətraflı süjetdə: