Mark Rütte: “4-5 ildən sonra ciddi problemlər yaşayacağıq”

NATO-nun baş katibi Mark Rütte müdafiə xərclərinin artırılması, müdafiə sənayesinin gücləndirilməsi və istehsalın genişləndirilməsinin vacibliyini vurğulayaraq, alyansın uzunmüddətli perspektivdə özünü müdafiə etmək üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyini etiraf edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Deutsche Presse-Agentur” (DPA) məlumat yayıb.

“Əgər müdafiə xərclərini artırmasaq, 4-5 ildən sonra ciddi problemlər yaşayacağıq. Biz müdafiə sənayesini gücləndirməliyik və istehsalı genişləndirməliyik. Uzunmüddətli perspektivdə özümüzü qorumaq üçün kifayət qədər hərbi məhsul istehsal etmədiyimiz üçün əlavə istehsal xətləri təşkil etməliyik”, – deyə Mark Rütte vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More