Vüqar Qurbanov: “Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır”

“Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, nəzərdə tutulan fəaliyyət planına əsasən hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçirilib:

“Həmçinin “103” Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması və təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb, müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda, vərəm, çarpayı, təxliyə kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq.

Fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcə də tibb müəssisələrinin veb-saytlarının qurulması, qurumun veb-saytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mobil tətbiqlərin qurulması kimi fəaliyyətlərin miqyası da genişləndirilib”.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More