Tramp Şimali Amerikanın ən hündür dağının adını dəyişdirməyi planlaşdırır

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Şimali Amerikanın hazırda Denali adlanan ən hündür dağının adını dəyişdirmək niyyətində olduğunu bildirib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “The Guardian” nəşri xəbər verib.

Alyaskada eyniadlı milli parkın mərkəzində yerləşən, 6 168 metr hündürlüyü olan dağ qitənin ən yüksək zirvəsidir. XIX əsrin sonunda dağ 1901-ci ildə qətlə yetirilmiş ABŞ-nin 25-ci prezidenti Uilyam Mak-Kinlinin şərəfinə adlandırılıb.

Lakin 2015-ci ilin avqustunda ozamankı ABŞ lideri Barak Obama dağın adını yerli hindlilərin dilində “böyük” mənasını verən Denali ilə əvəz etmək qərarına gəlib.

Donald Tramp öz qərarını şərh edərkən Mak-Kinlini “ABŞ-nin böyük prezidenti” adlandırıb. Onun sözlərinə görə, administrasiya dağa əvvəlki adını qaytaracaq, çünki bu siyasətçi belə şərəfə layiqdir.

“Mak-Kinli ölkəni iqtisadi böhrandan çıxaran və ABŞ-nin dünya arenasındakı mövqeyini gücləndirən görkəmli lider olub”, – deyə Tramp vurğulayıb.

Qeyd etmək lazımdır ki, Uilyam Mak-Kinli heç vaxt Alyaskada olmayıb və bu dağla birbaşa əlaqəsi olmayıb. Obamanın Mak-Kinlini Denali ilə əvəz etmək qərarı Alyaskanın yerli sakinləri və ekoloqlar tərəfindən müsbət qarşılanıb, lakin bəzi respublikaçılar, xüsusilə də Mak-Kinlinin doğma ştatı olan Ohayodan olan nümayəndələr tərəfindən tənqid edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More