Bakıda məşhur bazarın söküntüsü təxirə salındı

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yen yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur.

Sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More