“İşğaldan azad olunan ərazilərdə yerləşən tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi üçün işlər görülür”.
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, həmin ərazilərdə yerləşən tibb müəssisələri TƏBİB-in tabeliyinə verildikdən sonra onların təmiri və yenidən qurulması istiqamətində müvafiq işlər görüləcək:
“Bu müəssisələrdə artıq ezam olunmuş əməkdaşların çalışması deyil, orada doğulub, böyümüş şəxslərin fəaliyyət göstərməsi istiqamətində şərait yaradılacaq və tibbi xidmət təşkil ediləcək”.
Aygün Mirakif