Gürcüstan XİN: “Salome Zurabişvili tamamilə nəzarətsiz hərəkət edir”

“Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkədə yeni parlament seçkisinin keçirilməsi tələbi legitim deyil və heç bir əsası yoxdur”.

Oxu.Az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Prezident Salome Zurabişvilinin ötən gün ölkədə yeni parlament seçkisinin keçirilməsi ilə bağlı bəyanatına cavabında deyib.

“Salome Zurabişvilinin Gürcüstanın maraqlarına zidd hərəkətlərinə gəldikdə, o, tamamilə nəzarətsiz hərəkət edir, nə qanuna, nə də konstitusiyaya əhəmiyyət verir”, – deyə Gürcüstanın XİN rəhbəri vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More