Xankəndidə Yeni il tədbirlərinə hazırlıq işləri görülür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür.

Oxu.Az-ın “Report”a istinadən məlumatına görə, Xankəndi şəhərində 34 ildən sonra bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar da cəlb edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Şəhərin Zəfər meydanında şam ağacı qurulub, küçələr Yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.

Məlumata əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək. Bu yarmarka azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More