Son zamanlar sosial şəbəkələr, xüsusilə “WhatsApp” vasitəsilə insanların aldadılması halları tez-tez rast gəlinən dələduzluq üsulları arasında yer alır. Bu dəfə dələduzluğun hədəfində tanınmış aparıcı İlkin Həsəni olub.
Oxu.Az xəbər verir ki, aparıcının adından istifadə edən naməlum şəxs onun tanışlarına müraciət edərək pul istəyib.
İ.Həsəni sosial şəbəkə hesabında bu hadisə ilə bağlı paylaşım edərək yazıb:
“Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır”, – deyə İ.Həsəni yazıb.
Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka) və futbolçu Mahir Emreli də oxşar hallarla qarşılaşmaları barədə sosial şəbəkə hesablarında paylaşımlar ediblər.
Əzizə İsmayılova