Netanyahu əmr etdi: “Hücum edin”

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri İsrail Katz ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə (SAXAL) Yəməndə husilərin strateji hədəflərinə hücum əmri verdiyini və bu hücumun “sonuncu olmadığını” bildirib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, baş nazir Knessetdə (parlamentdə) çıxışı zamanı müvafiq açıqlama verib.

“Son günlərdə müdafiə naziri ilə birlikdə SAXAL-a strateji husi hədəflərinə dəqiq zərbələr endirmək göstərişi verdik. Husilərin istifadə etdiyi əhəmiyyətli terror aktivlərini məhv etdik. Bu, ilk və sonuncu hücum deyil”, – Netanyahu deyib.

Netanyahunun sözlərinə görə, İsrail çox sadə bir prinsip formalaşdırıb:

“Kim İsrailə zərər vurmağa çalışırsa, bunun müqabilində qətiyyətli güc ilə zərər görür. İsrail çəkindirici gücünü artırır, düşmənlərinə zərbələr endirir və İranın terrorçu proksilərini bir-bir məhv edir”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More