Haluk Levent xəstəxanaya yerləşdirildi

Məşhur türkiyəli sənətçi Haluk Levent döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hər ehtimala qarşı, müşahidə altında saxlanılacaq 56 yaşlı sənətçinin səhhətinə ertəsi gün, angioqrafiyadan sonra aydınlıq gələcək.

Xatırladaq ki, sənətçi iyul ayında Antalya Açıq Səhnəsində verdiyi konsertdən sonra sinədə ağrı və nəfəs darlığı səbəbi ilə xəstəxanaya aparılmış və ertəsi gün müayinələrdən sonra evə buraxılmışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More