Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik maşını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.