Hakim Ziyeş İtaliya A seriyasında çıxış edən klublardan təklif alıb

“Qalatasaray”ın müqaviləsini ləğv etməyə hazırlaşdığı Hakim Ziyeşin yeni ünvanı, çox güman ki, İtaliya A seriyası olacaq.

Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanından “elçi”ləri olan mərakeşli ulduzun prioriteti Avropadır. İtaliya komandalarının da radarında olan Ziyeş karyerasında bir ilk yaşaya bilər.

Belə ki, “Komo”, “Venetsiya”, “Kalyari” və “Torino” kimi komandalar Ziyeşin vəziyyətini yaxından izləyir.

Mərakeşli ulduz bu komandalardan birinə getsə, karyerasında bir ilk yaşayacaq. “Tvente”, “Ayaks”, “Çelsi” kimi klublarda forma geyən Ziyeş karyerasında ilk dəfə İtaliyada çıxış edəcək.

Təcrübəli futbolçu ilə İtaliya komandalarından başqa, “İpsviç” və “Vest Hem”in də maraqlandığı iddia edilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More