Dekabrın 25-də axşam saatlarında Yer kürəsini G1 sinfinə aid zəif maqnit qasırğası vuracaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
Qeyd olunub ki, maqnit qasırğası Moskva vaxtı ilə təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq və dekabrın 26-da saat 00:00-a (Bakı vaxtı ilə 01:00) qədər davam edəcək. Başa çatmaq üzrə olan 2024-cü ildə daha bir maqnit qasırğası gözlənilmir.
2025-ci ilin ilk ayı ən azı yanvarın 20-nə qədər sakit keçəcək.