Dələduzluqda ittiham olunan qadına hökm oxundu

Dələduzluqda ittiham olunan İlahə Yaşar qızı Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın “Report”a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More