Misirdə Sisi hökumətinə qarşı etirazlar başlayıb

Misirin paytaxtı Qahirədə Prezident Əbdülfəttah əs-Sisi hökumətinə qarşı kütləvi etirazlar başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Etirazçılar prezidentə qarşı şüarlar səsləndirirlər.

Nümayişlərin səbəbi ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hakimiyyətdə korrupsiya hallarıdır.

Bundan başqa, Sisinin dəbdəbəli və olduqca bahalı yeni prezident sarayı inşa edəcəyini açıqlaması da etirazların səbəblərindən biri kimi göstərilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More