ABŞ-nin Əfqanıstandakı əsas uğursuzluğunun səbəbi məlum oldu

ABŞ-nin Əfqanıstandakı uğursuzluğunun əsas səbəbi prioritetlərin yanlış seçilməsidir. Vaşinqton yığma qoşunları formalaşdırarkən səhvən quldurlara və marginallara arxalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “New York Times” regionda apardığı araşdırmaya istinadən yazıb.

Əfqanıstandakı missiyasının bir hissəsi olaraq, ABŞ ölkənin şimalında hökumətyönlü yığma qoşun yaratmağa çalışırdı. Vaşinqton ümid edirdi ki, orada demokratiya qurulacaq və qadınların hüquqlarına xüsusi diqqət yetiriləcək. Ancaq əslində hər şey bir neçə gün ərzində kapitulyasiya ilə başa çatdı.

Qeyd olunur ki, ABŞ siyasətinin bu nəticəsi qoşun üçün insanların səhv seçilməsi ilə bağlıdır. Vaşinqton bir neçə il ərzində əsl quldurları hazırlayıb və maliyyələşdirib. Onlar evləri qarət edirdilər və bütün icmaları məhv edirdilər. Nəticədə Əfqanıstan əhalisi onlara qarşı çıxdı.

Xatırladaq ki, ABŞ hərbi kontingenti 2021-ci ildə Əfqanıstanı tərk edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More