Filipp Kirkorov 400 minlik çantasında nə gəzdirir? – Müğənni üzərində daşıdıqlarını göstərdi

Məşhur rusiyalı müğənni Filipp Kirkorov “Brilyant olmayan əl” filminin premyerasına dəbdəbəli çanta ilə qatılıb və çantanın içindəkiləri nümayiş etdirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Zvezdaç” “Telegram” kanalı paylaşım edib.

57 yaşlı sənətçi qırmızı xalçaya boz damalı kostyum, ağ köynək, qara dəri ayaqqabı və kepka ilə çıxıb. Eyni zamanda, o, görünüşünü şəffaf linzalı eynək və yaşıl qalstukla tamamlayıb. Bundan əlavə, Kirkorov özü ilə taksa iti formasında olan çanta da götürüb.

Müğənninin sözlərinə görə, bu aksesuar “Thom Browne” lüks brendi tərəfindən dünyada yeganə nüsxədə istehsal edilib. Məhsulun dəyəri, yazı müəlliflərinin məlumatına görə, 400 min rubl (7 000 manata yaxın) təşkil edir.

Filipp Kirkorov, həmçinin jurnalistlərlə söhbətində qeyd edib ki, çantasında 25 min rubl (425 manata yaxın), iki xarici batareya və “pulların olduğu” mənzilin açarlarını gəzdirir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More