Qar uçqunu daha bir idmançının ölümünə səbəb olub

İsveçrəli snoubordçu Sofi Hediger qar uçqununda həlak olub.

Oxu.Az xəbər verir ki, məlumatı İsveçrə Xizək Federasiyasının mətbuat xidməti yayıb.

Faciəli hadisə dekabrın 23-də İsveçrənin Aroza şəhərində qeydə alınıb.

Xatırladaq ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubordun kross növündə qızıl medal qazanıb.

Qeyd edək ki, daha öncə Türkiyənin Ərzurum şəhərində də qar uçqunu 16 yaşlı cüdoçunun ölümünə səbəb olmuşdu.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More