Ağdam rayonunda yeni yaşayış binaları inşa olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət satınalmaları vahid internet portalında məlumat yayılıb.
Belə ki, Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı ortamərtəbəli yaşayış binaları tikiləcək.
Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 23,7 milyon manata başa gələcəyini proqnozlaşdırıb.