Suriyanın yeni hökuməti İrana xəbərdarlıq etdi

Suriyanın yeni hökuməti İrana xəbərdarlıq edib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə ərəb respublikasının xarici işlər naziri Əsəd Həsən əş-Şeybani özünün sosial şəbəkə hesabından paylaşım edib.

O, Tehranı Suriyada xaos yaratmaqdan çəkinməyə çağırıb.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz Tehrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə də məsuliyyət daşısın”, – deyə XİN rəhbəri qeyd edib.

Bildirilib ki, bu, Bəşər Əsəd rejiminin süqutundan sonra ölkə rəhbərliyinin Tehrana Suriyadakı proseslərə yanaşmasına ən açıq-aydın və konkret xəbərdarlığıdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More