Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Oxu.Az xəbər verir ki, başsağlığının mətnini R.Kadırov özünün “Teleqram” kanalında yayıb.
“Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” aviaşirkətinin Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına başsağlığı verirəm”, – deyə Çeçenistan rəhbəri qeyd edib.
R.Kadırov təyyarə qəzasından 25 nəfərin sağ qurtulduğunu da qeyd edib.