Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “Embraer 190” təyyarəsinin qəzasının araşdırılması üçün komissiya yaratmağı tapşırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Kazinform” xəbər yayıb.
Bildirilib ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Tokayev, həmçinin zərərçəkənlərə yardım göstərilməsi üçün Astanadan Aktauya həkimlərin göndərilməsini tapşırıb.