“Distant təhsillə əlaqədar hazırda tanınma həyata keçirilmir”.
Oxu.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, bunun səbəbi müvafiq mexanizmlərin mövcud olmamasıdır:
“Əgər bu istiqamətdə qərar verilərsə, biz icra edən tərəf olaraq işimizi görəcəyik. Lakin məsələyə fərqli yanaşmaq lazımdır. Distant təhsil məşğul insanlar üçün daha çox səmərəli ola bilər. Onlar iş yerlərindən ayrılmadan bu təhsili əldə edə bilirlər”.
Mərahim Nəsib