Xarici kvalifikasiyaların tanınması üçün müraciətlərin sayı: Mindən çox adama imtina edilib

“Cari ildə orta statistik olaraq xarici kvalifikasiyaların 81 faizi tanınıb”.

Oxu.Az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

Agentlik sədri diqqətə çatdırıb ki, il ərzində xarici kvalifikasiyaların (diplom, attestat, rəsmi sənəd) tanınması ilə bağlı 6 013 müraciət üzrə ekspertiza həyata keçirilib:

“Keçirilən ekspertiza nəticəsində 4 891 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub. Digər 1 122 müraciət üzrə mənfi rəy verilib və müraciətçilərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib”.

“Kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiya Federasiyası (1 841), Türkiyə Respublikası (1 616), Ukrayna (1 377), Gürcüstan (296) və Birləşmiş Krallıqdan (189) əldə olunan kvalifikasiyalar üzrə qeydiyyata alınıb. Ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir”, – deyə İdarə Heyətinin sədri bildirib.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More