AZAL-ın qəzaya uğrayan təyyarəsində olanlardan 10 nəfəri Balakən rayon sakinidir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, onlardan 7 nəfəri həlak olub, 3 nəfəri isə xəsarət alıb.
Həlak olanlar – Balakən rayonu Qullar kənd sakini Mahmud Muhuma oğlu Tütünçüyev, Meşəşambul kənd sakini Məleykə Murtuzəli qızı Anqubazova, Şərif kənd sakinləri İbrahim Abbas oğlu Qıstarov, Rəşid Abbas oğlu Qıstarov, Xalatala kənd sakinləri Həmzət Muhuma oğlu, Hafisat Hüseyn qızı Xalayeva, Mahamalar kənd sakini Leyla Vaqif qızı Ömərovadır.
Xəsariət alanlar isə Amir Tofiq oğlu Dervişov, Tofiq Ramazan oğlu Dervişov, Vəfa Cuma qızı Şabanovadır.