Sabah Azərbaycanda təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək.
Bu məlumat Oxu.Az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.
“Dekabrın 26-da ölkədə Matəm günü elan olunsa da, qeyri-iş günü elan edilməyib. Bu səbəbdən dərslər eyni qaydada davam edəcək”, – deyə açıqlamada bildirilir.
Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Əzizə İsmayılova