Rusiya XİN: “ATƏT-in Minsk qrupunun bütün strukturları ləğv edilməlidir”

“ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri 2022-ci ilin fevralında Rusiya ilə əlaqəni kəsiblər”.

Oxu.Az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bunu, eləcə də İrəvanın 2022-ci ilin oktyabrında Praqada Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasını, vəziyyətin əsaslı şəkildə dəyişməsini nəzərə alsaq, bu format aktuallığını itirib. Deməli, Minsk Qrupunun bütün strukturları buraxılmalıdır və bunun üçün optimal yol İrəvan və Bakının müvafiq təklifidir”, – Zaxarova bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More