Gürcüstanda dövlət çevrilişi və vətəndaş müharibəsi təhlükəsi aradan qalxmayıb.
Oxu.Az məlumat verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, xarici qüvvələr Gürcüstanda iki prezidentin – səlahiyyət müddəti başa çatan Salome Zurabişvili və yeni seçilmiş Mixail Kavelaşvilinin mövcudluğundan maksimum yararlanmağa çalışır. Zurabişvili ultimatum verərək hakimiyyətdən səlahiyyət müddətinin başa çatdığı dekabrın 29-na qədər yeni seçkilərin tarixini təyin etməyi tələb edib.
Vurğulanır ki, Qərbdə keçən həftəsonu prezident kimi son günlərini keçirən Salome Zurabişviliyə dəstəyin təşkilinə böyük vəsait ayrılıb. Bütün qərbyönlü QHT-lər küçələrdə Zurabişviliyə guya “milli dəstək” illüziyası yaratmaq üçün öz əməkdaşlarını və tərəfdarlarını səfərbər etdilər. Qərbyönlü müxalifətin bu cür səfərbərliyi fonunda dekabrın 22-də axşam Rustaveli prospektində Salome Zurabişvili Gürcüstan hakimiyyətinə öz ultimatumunu səsləndirib.
Daha ətraflı “Caliber”in yeni süjetində: