Bu gün heç bir yaralı və ölənlərin nəşi Azərbaycana gətirilməyəcək – RƏSMİ

“Bu gün heç bir yaralı və ölənlərin nəşi gətirilməyəcək”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Hava Limanının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib.

O bildirib ki, zərərçəkmişlərin birinci dərəcəli ailə üzvləri Baş Prokurorluğun Dərnəgüldə yerləşən korpusuna yaxınlaşıb qan analizi verirlər:

“Lakin onların nə zaman gətirilmələri ilə bağlı məlumat yoxdur və hazırda bu istiqamətdə araşdırma gedir. Hadisə ərazisində baş verdiyi üçün Qazaxıstan tərəfi araşdırma aparmalıdır ki, bu barədə məlumat olsun”.

Mərahim Nəsib



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More