Qəzaya uğrayan təyyarədə həlak olan YENİYETMƏNİN FOTOSU

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlardan biri yeniyetmə olub.

Oxu.Az xəbər verir ki, 13 yaşlı Məhəmmədəli Fərid oğlu Eqanov qəza nəticəsində həyatını itirib.

Bu barədə yeniyetmənin sinif yoldaşları sosial şəbəkədə paylaşım ediblər.

Məhəmmədəli Eqanov Bakının Xətai rayonunda yaşayırmış. O, 27 nömrəli tam orta məktəbin 8d sinfində rus bölməsi üzrə təhsil alıb. Yeniyetmənin anası milliyyətcə çeçendir. 13 yaşlı oğlan Yeni il bayramını qeyd etmək üçün Bakıdan Qroznı şəhərinə gedirmiş.

Məlumata görə, Məhəmmədəli ilə birgə təyyarədə heç bir yaxını olmayıb.

Qeyd edək ki, Qazaxıstanın Aktau şəhərində baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 sərnişin isə yaralanıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More