Qazaxıstan Futbol Federasiyası Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı “Instagram” hesabından paylaşım edib.
Oxu.Az xəbər verir ki, qurum Aktau şəhərində baş verən hadisədən böyük üzüntü yaşadığını bildirib. Federasiya paylaşımında Azərbaycan xalqına dəstək nümayiş etdirib:
“Aktauda Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, həmçinin qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.