“Aqrarkredit” Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb

Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı, övladları – deputat Günay Ağamalı, Elçin Ağamalı, Yalçın Ağamalı və nəvələri Samirə Ağamalı, Kamran Ağamalı, Orxan Ağamalıya qarşı kommersiya iddiası üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Məlumata görə, iddiaçı tərəf – “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ərizəsini geri götürüb. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərar çıxarıb.

“Aqrarkredit” QSC-nin iddia ərizəsində Fəzail Ağamalı və övladları ilə yanaşı, “Agricola” şirkəti və İmanova Suğra Sevindik qızı cavabdeh qismində tanınıblar.

Götürülmüş kreditin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More