Nazir müavini: “Yaralılar arasında vəziyyəti ağır olanlar da var”

“Yaralılar arasında vəziyyəti ağır olanlar da var”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov deyib.

O bildirib ki, gün ərzində ikinci təyyarə ilə xəsarət alan digər yeddi nəfərin gətirilməsi gözlənilir:

“Bakıya gətirilənlər Yeni Klinika xəstəxanasında müalicə olunacaq. Xəsarət alan uşağın vəziyyət orta ağırdır. Vəziyyətləri ağır olan üç nəfər də hazırda Aktau şəhərindədir. Yaralılar müştərək travma alıblar. Evakuasiya riski olmayacağı təqdirdə, Qazaxıstandakı yaralılar Bakıya gətiriləcək, yaralıların durumu sabitləşəndən sonra isə onlar ambulator müalicəyə göndəriləcəklər”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More