Saray körpüsünün sökülməsi sürücülər üçün ÇƏTİNLİK YARATDI

Qəzalı vəziyyətdə olan Saray körpüsünün söküntüsü başlayandan sakinlər və sürücülər üçün ciddi problemlər yaranıb.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu Saray qəsəbəsinin sakinləri deyirlər ki, ərazi üzrə fəaliyyət göstərən marşrut avtobuslarının hərəkət sxemində dəyişiklik edildiyindən çətinliklə üzləşirlər.

Sumqayıta öz avtomobili ilə gedən sürücülər isə saatlarla “Yaşıldərə” yaşayış massivində tıxacda qalırlar.

Saray körpüsünün söküntüsü sürücülər üçün də çətinliklərə səbəb olub. Belə ki, alternativ yol kimi istifadə edilən Saray-Sumqayıt yolunda günün istənilən saatlarında böyük tıxac yaranır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Xəzər Xəbər”ə bildirilib ki, söküntü və təmir işləri ilə əlaqədar Agentlik tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun, o cümlədən də 503 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Marşrut üzrə 13 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. 503 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi, son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksidir. Agentlikdən o da bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı tapşırıq verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən isə bildirilib ki, gün ərzində hərəkətin intensiv olduğu vaxtlarda Yol Patrul Xidməti əməkdaşları tərəfindən gücləndirilmiş xidmət həyata keçirilir. “Yaşıldərə” yaşayış massivindən şəhərə daxil olan sürüclər maarifləndirilir və hərəkət istiqaməti tənzimlənir.

Ətraflı süjetdə:

Saray körpüsünün sökülməsi sürücülər üçün ÇƏTİNLİK YARATDI







Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More