Tailandın Puket adasında “Karon” çimərliyi yaxınlığında yerləşən hotellərdən birinin ərazisinə ikimetrlik ilan girib.
Bu barədə Oxu.Az “Baza” “Telegram” kanalına istinadən xəbər verir.
Hadisə şahidlərinin sözlərinə görə, ilan kanalizasiyadan sürünərək çıxıb və dərhal hovuza girib.
Nəticədə ilanı tutmaq mümkün olub. İlanı tutan Tailand sakini onu evə aparacağını və artıq orada dənizə buraxmaq və ya yemək barədə qərar verəcəyini deyib.