Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “AzeLab” MMC-nin direktoru Raminə Abdullayeva işdən çıxıb.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik müvəqqəti olaraq onun müavini Şəhla Lətifovaya həvalə edilib.

Xatırladaq ki, “AzeLab” 2020-ci ildə nazirlik yanında Milli Hidrometeorologiya Xidmətinin Laboratoriya Mərkəzinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Laboratoriyasının və Milli Geoloji Kəşfiyyat Xidmətinin Analitik Tədqiqatlar laboratoriyasının bazasında yaradılıb.

Onun nizamnamə kapitalı 245 749 manatdır. Şirkət dövlət sifarişinə əsasən ətraf mühit komponentlərinin keyfiyyəti üzrə analizlər həyata keçirir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More