Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən atılan raket nəticəsində İsrailin ən azı 18 mülki şəxsi yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, insanlar sığınacaqlara tələsərkən xəsarət alıblar.
Qeyd olunur ki, bu, son həftə ərzində İsrailin mərkəzi hissəsini hədəfə alan beşinci hücumdur.