İngiltərənin “Mançester Yunayted” klubu 27 yaşlı hücumçu Markus Raşfordun “Fənərbağça”ya keçidinə razılıq verib.
Oxu.Az “SporX”ə istinadən xəbər verir ki, Ruben Amorimin komandada istəmədiyi Markus Raşforda Səudiyyə Ərəbistanı klubları təklif göndərsələr də, futbolçu qəbul etməyib.
“Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo Raşfordla görüşərək Türkiyə Super Liqasına dəvət edib.
“Sarı-lacivərdlər” ingiltərəli futbolçuya illik 5 milyon avro təklif ediblər.
Qeyd edək ki, Markus Raşford bu mövsüm “Mançester Yunayted”lə 24 oyunda meydana çıxıb, üç qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.