Bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı (Rusiya) istiqamətində uçan AZAL təyyarəsi geri qayıtmalı olub.
Oxu.Az xəbər verir ki, görüntüləri “Flightradar24” paylaşıb.
Buna dron hücumunun səbəb olduğu ehtimal edilir.
“Azərbaycan Hava Yolları”dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.