“Səbail” klubunun keçmiş baş məşqçisinə AFFA-da vəzifə verilib?

AFFA rəhbərliyinin tanınmış veteran futbolçu Mahmud Qurbanova vəzifə verməsi ilə bağlı yerli mediada xəbərlər paylaşılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli xəbərlərin tamamilə əsassız olduğunu bildirib.

“AFFA tərəfindən Mahmud Qurbanova hər hansı təklif olmayıb. Deyilənlər həqiqəti əks etdirmir”, – deyə qurumun nümayəndəsi söyləyib.

Qeyd edək ki, Mahmud Qurbanovun son iş yeri Azərbaycan Premyer Liqasında çıxış edən “Səbail” klubu olub.

Anar Həsənov



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More