Cəlilabadda azyaşlının əlində pirotexniki vasitə partladı: Ağır yaralandı

Cəlilabadda bədbəxt hadisə baş verib.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, 7 yaşlı Ş.A pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb.

O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2-3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

İlkin tibbi yardımdan sonra uşaq Bakıya, Yanıq Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More