Rusiyanın BMT-dəki daimi nümayəndəsi: “Suriya siqnallar göndərir”

“Suriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisində mövcudluğunun davam etdirilməsində maraqlı olduqlarına dair siqnallar göndərir”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya “Vesti” proqramına müsahibəsində deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olan rejimlərdən asılı olmayaraq, Rusiya və Suriyanı dostluq telləri bağlayır.

Eyni zamanda, o bildirib ki, Dəməşq rəsmiləri tərəfindən hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More