Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen pnevmoniya olub və yanvarın ilk iki həftəsi vəzifəsini icra etməyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AK nümayəndəsi Stefan de Keersmaker “PAP” agentliyinə məlumat verib.
Beləliklə, fon der Lyayen yanvarın 3-də Varşavada Polşanın Aİ-də sədrliyinin başlaması mərasimində iştirak etməyəcək.