Elçin İbadov: “SOCAR Türkiyə” xam neftin emalını 13 milyon tona çatdırıb”

“SOCAR Türkiyə”nin “Star” neft emalı zavodu 2018-ci ilin 19 oktyabrda fəaliyyətə başladı. Zavod “Strateji İnvestisiya Təşviqi” Sertifikatı ilə təltif olunub. Bu, Türkiyədə bir ilkdir”.

Oxu.Az-ın xəbərinə görə, bu sözləri “SOCAR Turkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən illik mətbuat konfransında çıxışı zamanı deyib.

Elçin İbadov 2023 və 2024-cü illərdəki fəaliyyətlə bağlı statistikanı paylaşıb:

“Ötən ildən başlayaraq xam neftin emalı 13 milyon tona çatdırılıb. Digər tərəfdən 2024-cü ildə Türkiyənin emal olunmuş neft məhsulları tələbatının 18%-i “SOCAR Türkiyə” şirkətləri tərəfindən qarşılanıb. Bununla yanaşı, bildirmək istəyirəm ki, 2021-ci ildə “Star” neft emalı zavodu “Global Lighthouse Network” platformasına qoşulub.

2023-cü ildə İstanbul Sənaye Palatasının hazırladığı “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi” Hesabatında “Star” neft emalı zavodu ilk üçlüyə daxil edib”.

Söhrab İsmayıl

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More