Serjiu Konseysau “Milan” klubunda adını tarixə yazdırıb

“Milan”ın yeni baş məşqçisi Serjiu Konseysau İtaliya Superkubokunun final matçında “İnter” üzərində qələbədən sonra klubun tarixinə düşüb.

Oxu.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Milan”ın “sükanı arxasında” ən tez kubok qazanan mütəxəssis olub.

Görüş S.Konseysaunun komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Portuqaliyalıya İtaliya Superkubokunu qazanmaq üçün cəmi iki oyun kifayət edib.

Buna qədər “Milan” yarımfinalda “Yuventus” üzərində 2:1 hesablı qələbə qazanmışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More