Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada öldü

Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, 1958-ci il təvəllüdlü (qadın cinsli) şəxs 05.01.2025-ci il saat 21:30-da Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:

“Qapalı kəllə-beyin travması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 08:00-da onun ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More