Bakıda intihar cəhdinin qarşısı alındı – Pulda razılığa gələ bilməyibmiş

Sökülən binanın üstünə çıxan şəxsin intihara cəhd səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qadın tikinti işləri aparan “Gold Məkan” MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb.

Xanımın adı Ülkər Abbasovadır. Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.

Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihar edəcəyini bildirib.

Bununla bağlı Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, Fətəli xan Xoyski küçəsi ilə Faiq Yusifov küçəsinin kəsişməsində hazırda belə bir hal yaşanır.

Qadın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələri söküntü işləri aparırlar.

Xanım bildirib ki, söküntü dayandırılmasa, özünü atacaq.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More